Yazını böyüt
Yazını kiçilt
Türkiyə təhlükəsizlik qüvvələrinin sentyabrda ölkə daxilində və xaricində keçirdiyi əməliyyatlar nəticəsində 110 terrorçu zərərsizləşdirilib.
Hafta.az xəbər verir ki, zərərsizləşdirilənlər arasında axtarışda olan terrorçular da var. Əməliyyatlar zamanı təhlükəsizlik qüvvələrinin 8 üzvü həlak olub, 1-i yaralanıb. Bu müddət ərzində PKK/YPG terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinərək saxlanılan 178 nəfərdən 41-i, o cümlədən Ukrayna təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq İstanbula gətirilən İsa Özer həbs edilib.
Əməliyyatlar zamanı terrorçulara məxsus sığınacaqlar, çoxlu sayda silah-sursat, partlayıcı maddə aşkarlanıb.
Bu ilin əvvəlindən sentyabrın 29-dək danışıqlar nəticəsində 171 terrorçu təslim olub.